Xidmətlər - Dəniz daşımaları

Dəniz daşımaları



Dəniz daşımalarının üstünlüyü:


  • Nəqliyyatın aşağı maya dəyəri.
    Dəniz nəqliyyatı uzaq məsafələrə ən qənaətcil nəqliyyatdır.

  • Coğrafı əlçatanlıq.
    Qitələrarası daşımalar imkanı.

  • Universallıq.
    İriqabaritli və tökmə yüklər daxil olmaqla istənilən tip yükü dəniz nəqliyyatı ilə daşımaq mümkündür.



  • Etibarlılıq.
    Malların yüklənməsi və boşaldılması limanda ciddi nəzarət altında həyata keçirilir. Konteynerlərin konstruksiyası yükün çatdırılma prosesində tam mühafizəsinə zəmanət verir.

  • Yükləmə-boşaltma işlərinin sadəliyi.
    Standartlaşdırılmış intermodal konteynerlər malın yüklənməsi və boşaldılması prosesini asanlaşdırır.

Əsas fərqləndirici xüsusiyyəti ondan ibarətdir ki, dəniz nəqliyyatının köməyi ilə istənilən həcmdə yüklərin, habelə xüsusilə təhlükəli yüklərin daşınması mümkündür. Malların korlanması və oğurlanması demək olar ki, baş vermir, bu da mallarını uzun məsafələrə daşıdan müştəri üçün ən vacib məsələdir. “Heritus Logistics & Trading” şirkəti, daşınmanın etibarlılığı və vaxtında həyata keçirilməsi üçün bütün lazımi cihazlara, konteynerlərə və digər avadanlıqlara sahibdir. Şirkətimiz dəniz daşımalarına daxil olan bir sıra əlavə xidmətlər də təqdim edir, onlara gəmi kirayələnməsi, liman və anbar xidmətləri, yüklərin sığortası daxildir. Qara dəniz, Xəzər dənizi və digər dənizlərdə bərə ilə daşınmanı da təmin edirik. Limanlarda yüklərin əllə daşınması və anbarda saxlanması aparılacaqdır. Xüsusi yüklərin daşınma zamanı təhlükəsizliyini təmin edəcək konteynerlərimiz də var. İstədiyiniz zaman yükünüzün hərəkətini də izləyə bilərsiniz. Etibarlı şəkildə və dünyanın istənilən nöqtəsinə vaxtında çatdırılmanı təmin edəcəyik. Siz yalnız çatdırılma növünü seçməlisiniz: